Azərbaycan Diasporuna Dəstək Fonduna yeni icraçı direktor təyin olunub.
"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsi Əkrəm Abdullayevə həvalə edilib.
Qeyd edək ki, Ə.Abdullayev 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, yeni təyinata qədər Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.
Xatırladaq ki, fondun əvvəlki icraçı direktoru Elşad Əliyev idi. O, sentyabrın 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.
Azərbaycan Diasporuna Dəstək Fondu Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.Report