USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvan DTX-sı Ermənistana aid mühüm sənədlər YAYDI

06.10.2020 İqtisadiyyat
0 0
Müharibə dövründə Ermənistan vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina etmələrini sübut edən sənədlər əldə olunub. Həmin sənədlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan polis orqanlarına və qondarma “Dağlıq Qarabağ Respublikası”nın Xarici İşlər Nazirliyinə göndərilib.

Bu barədə Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Azərbaycanın erməni təxribatına qarşı 27 sentyabr 2020-ci il tarixindən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı, guya dünyanın müxtəlif ölkələrində olan erməni əsilli şəxslərin döyüşmək üçün könüllü olaraq Qarabağa gəlməsi barədə Ermənistan tərəfindən mütəmadi olaraq yayılan məlumatların yalan olduğu müəyyənləşmişdir. Belə ki, Naxçıvan Muxar Respublikası Dövlət Təhlüksəziliyi Xidməti tərəfindən düşmən Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir".

Həmin sənədləri Azərbaycan və erməni dilində təqdim edirik.

  • Əvvəlki

    “Azərbaycanda yoluxma sayında sabitləşmə müşahidə edirik” - ÜST rəsmisi

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0