USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə son sutkada daha 62 nəfər koronavirusdan öldü

14.10.2020 İqtisadiyyat
0 0
Türkiyədə son sutka ərzində daha 62 nəfər koronavirusdan ölüb.

"Kommersant.az" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 957 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 114 992 nəfərdən 1 632-nin cavabı pozitiv çıxıb. Türkiyədə, ümumilikdə, 338 779 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Müalicə olunan 1 314 xəstə isə bu gün evə buraxılıb".