USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda elektron cihazlar istehsal edəcək yeni şirkət

20.06.2018 İqtisadiyyat
0 0
"LabDisc Azerbaycan" MMC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusunu alıb.

"Kommersant" Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir ki, 0.02 ha ərazidə yerləşən şirkət təlim prosesində istifadə olunan elektron cihazlar və avadanlıq istehsal edəcək.

Şirkət İsrail texnologiyası əsasında Mobile Science Cart, IPRO – Labdisc Biochem, IPRO – Labdisc Physics, Force Sensor və Intel Tablet istehsal edəcək və onlara xidmət göstərəcək.

Müəssisədə 40-dan çox adam işləyəcək.