“Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”.
"Kommersant.az" xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, cəmiyyətin də yardımına ehtiyacı var: "Son zamanlar dünyada COVID-19-a yoluxmada artım müşahidə olunur. Dünyada 38 milyondan çox insan koronavirusa yoluxub, ölüm isə 1 milyon insanı keçib. Dünən Azərbaycanda gündəlik yoluxma 530 nəfərə çatıb. Bu, avqustun ortasından gördüyümüz ən yüksək rəqəmdir. Hazırda 113 ağır xəstəmiz var, 16-sı süni nəfəs aparatına qoşulub".