USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran OPEC+ ölkələrinin görüşünə qatılmayacaq - PLAN

20.06.2018 İqtisadiyyat
0 0
"İran OPEC+ ölkələrinin görüşündə iştirak etməkdən imtina edib".

Bu barədə İranın neft naziri Bican Namdar Zənqane bildirib.

O, bəyan edib ki, İran OPEC+ ölkələrinin iyunun 23-də keçiriləcək görüşündə iştirak etməyəcək: "Sözügedən görüş zamanı razılıq əldə edilə biləcəyinə inanmıram. OPEC ABŞ prezidenti Donald Trampın təlimatlarını həyata keçirən təşkilat deyil".

Xatırladaq ki, görüşdə OPEC ölkələri neft hasilatının həcminin artırılması ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. ABŞ isə bazarda "qara qızıl"ın qiymətinin azaldılması üçün tədbirlər görülməsini dəstəkləyir. Bundan başqa, Rusiyanın eregetika naziri Aleksand Novak neft hasilatının həcminin sutkada 1,5 mln. barrelə qədər artırılmasını təklif edib.

Report