USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabaha olan hava proqnozu açıqlandı

16.10.2020 İqtisadiyyat
0 0
Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Oktyabrın 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif, mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    Prezidentdən yeni bildiriş

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0