USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Tək dost olduğumuz üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq” - Şentop

19.10.2020 İqtisadiyyat
0 0
"Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

"Kommersant.az"-ın məlumatına görə, bunu bu gün Bakıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub: "Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb".

TBMM sədri qeyd edib ki, Ermənistanın Gəncəyə hücumu müharibə cinayətdir: "Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındayıq".

  • Əvvəlki

    Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

Digər xəbərlər