USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İran üzrə qara siyahını genişləndirib: Xəzinədarlıq Departamenti açıqladı

20.10.2020 İqtisadiyyat
0 0
ABŞ iki Çin və bir Avstraliya vətəndaşını, eləcə də altı Çin və bir Avstraliya təşkilatını İranla əməkdaşlığa görə qara siyahıya salıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin ( Xəzinədarlıq Departamenti) yaydığı açıqlamada bildirilir.

Çin vətəndaşlarına və təşkilatlara qarşı məhdudiyyətlər İran Silahlı Qüvvələrinə yardım etdiyi iddia olunan İranın IRISL nəqliyyat şirkətinə (İran İslam Respublikası Gəmiçilik Xətləri) dəstək göstərdikləri üçün tətbiq edilib.

Maliyyə Nazirliyi bildirir ki, Avstraliya sakini Əhməd Lukman Talib və onun şirkəti "terrorçuluğa maliyyə və maddi dəstək göstərdiklərinə görə" digərləri ilə birlikdə qara siyahıya alınıblar.

  • Əvvəlki

    Bu ölkədə koronavirus xəstələri üçün otel açıldı

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0