Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini məqsədli şəkildə hədəf alması beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
"Kommersant.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Nexos" Alyansı Asssosiasiyasının sədri Enrike Qaspar söyləyib.
E.Qaspar vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçı Ermənistan qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.