USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan kərə yağı idxalını 29% artırıb

21.10.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 62,7 min ABŞ dolları dəyərində 12,7 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 min dollar (25,9%) və 2,9 ton (29,2%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.