USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ

23.10.2020 İqtisadiyyat
0 0
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Oktyabrın 24-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Əvvəlki

    Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir - HESABAT

Digər xəbərlər

21.10.2024 İqtisadiyyat
Bitcoin 70 min dollara yaxınlaşıb
0 0
21.10.2024 İqtisadiyyat
Çindən yeni kredit faiz dərəcəsi elanı
0 0