ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə cümə axşamı ABŞ-ın Alabama ştatında qəzaya uğrayıb.
Bu barədə "Kommersant.az" "CNN"ə istinadən xəbər verir. Qeyd olunub ki, təyyarənin düşdüyü ərazidə bir ev yanıb.
Bolduin əyalətinin şerifi bildirib ki, qəza nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb. "CNN" Federal Aviasiya İdarəsindən münasibət öyrənmək istəsə də, cəhdləri uğursuz olub. Faktla bağlı araşdırma aparılır.Report