USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Google Alibaba-nın rəqibinə 550 miln dollar sərmayə qoyacaq

20.06.2018 İqtisadiyyat
0 0
Texnologiya nəhəngi Google, Alibaba-nın əsas rəqibi JD.com-a 550 milyon dollar sərmayə qoyacaq.

"Kommersant" xəbər verir ki, Google, JD.com-a 550 milyon dollar sərmayə yatıracağını, şirkətlə tərəfdaşlıq çərçivəsində JD.com məhsullarının Asiya xaricindəki istehlakçılara çıxışını təmin etmək üçün Google-ın alış-veriş xidmətində yer alacağını açıqlayıb.

Açıqlamada, Google texnologiyasının Çinin e-ticarət şirkəti JD.com-un tədarük zənciri və logistikası ilə uyğunlaşdırılacağı bildirilib.

Çində Google-ın e-poçt və axtarış kimi başlıca xidmətləri əngəllənib. Google JD.com ilə tərəfdaşlıq sayəsində yeni kəşflər edəcəyini qeyd edib.

Google, Cənub-Şərqi Asiyadakı istehlakçıların, 2025-ci ilə qədər internet üzərindən 88,1 milyard dollar xərcləyəcəyini gözləyir.

JD.com-un, Alibaba-dan sonra Çinin ən böyük ikinci e-ticarət şirkəti olduğu bildirilir.