USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail koronavirus peyvəndi hazırlayır

26.10.2020 İqtisadiyyat
0 0
İsraildə koronavirus peyvəndi hazırlanacaq.

Ölkənin Müdafiə Nazirliyi yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndin sınaqdan keçiriləcəyini "Facebook" səhifəsində bildirib.

Dərmanın insanlar üzərində sınaqları noyabrın 1-də başlayacaq. İsrailin Bioloji Araşdırmalar İnstitutunun artıq Səhiyyə Nazirliyi və Helsinki Komitəsindən lazımi bütün təsdiqləri aldığı qeyd olunur.