USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın bu rayonlarının ərazilərində top mərmiləri aşkar edildi

27.10.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 49 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Salmanbəyli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Rzalar, Bəybabalar, Əhmədağalı və Eyvazlı kəndləri, Bərdə rayonunun Təhlə kəndi, Füzuli rayonunun Şükürbəyli, Alxanlı və Arayatlı kəndləri, Goranboy rayonunun Qaraçinar, Meşəli və Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Nizami, Axundov, M.Rəsulzadə, H.Cavid və T.Rəhimov küçələri, Mingəçevir şəhərininin Yeni Yaşayış massivi ərazisinə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 45 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd 240 mm-lik raket (M24F), 5 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 54 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə idarəolunmayan raket (PQ-7), 5 ədəd 9N235 bombacığı zərərsizləşdirilin və 1 ədəd top mərmisi zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 23 418 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

  • Əvvəlki

    Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0