USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınadı

29.10.2020 İqtisadiyyat
0 0
BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır.

"Kommersant.az" xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

"Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olmaqla, yaşayış məntəqələrinə edilən bütün hücumları şiddətlə qınayırıq. Bu cür hücumlara heç bir əsas ola bilməz", - S.Düjarrik deyib.

Mətbuat katibi yenidən BMT rəhbərinin münaqişə tərəflərini humanitar məqsədlər üçün atəşkəsə riayət etməyə və mülki şəxslər, mülki infrastrukturu qorumaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırdığını xatırladıb.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.Report

  • Əvvəlki

    Müdafiə Nazirliyindən Tərtər və Goranboyla bağlı - AÇIQLAMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0