USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Beynəlxalq Bankı qaz təsərrüfatı işçilərinə özəl kredit təklif edir

20.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Beynəlxalq Bankı 20 iyun Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Gününə özəl kredit kampaniyasına start verib. Bankın əmək haqqı və ya pensiya kartına sahib olan hər bir qaz təsərrüfatı işçisi 22 iyuna qədər davam edəcək kampaniya müddətində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 20.000 manatadək

• Kreditin müddəti - 60 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə, 23%-dən başlayaraq

• Kredit 5000 manata qədər olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.