USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Standard & Poor’s" SOCAR-ın reytinqini BB- səviyyəsində təsdiq edib

29.10.2020 İqtisadiyyat
0 0
"Standard Poor’s" ("SP Global Ratings") beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini "BB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

"Kommersant.az" xəbər verir ki, dövlət şirkəti olan SOCAR-ın proqnozunun "mənfi"yə endirilməsi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi ("BB+/B") üzrə proqnozunun "stabil"dən "mənfi"yə endirilməsi ilə əlaqələndirilir. Agentlik qeyd edir ki, Azərbaycanın kredit ödəmə qabiliyyətinin azalması halında, dövlət SOCAR-a dəstəyi azaltmalı olacaq. Hazırda davam edən Dağlıq Qarabağ münaqişəsi də dövlətin maliyyələşdirmə prioritetini dövlət şirkətlərinə yatırılan investisiyalardan hərbi ehtiyaclara dəyişə bilər.

Buna baxmayaraq, "SP"yə görə, böyük həcmdə dövlət dəstəyinə baxmayaraq, SOCAR-ın borclarının cəmi 10%-i dövlət tərəfindən təmin olunur. Bundan əlavə, dövlətlə əlaqəli qurumları idarə etmək məqsədilə bu ilin avqustunda yaradılan Azərbaycan İnvestisiya Holdinqinin SOCAR üçün hər hansı bir təsiri hələ aydın deyil, çünki holdinqə veriləcək əmlak siyahısı və holdinqin rolu hələ dəqiqləşməyib.

"İlkin ssenarimizdə Dağlıq Qarabağ münaqişəsinin SOCAR-ın biznesinə və ya likvidliyinə məhdud təsirini gözləyirik, lakin mənfi risklər istisna edilə bilməz. Bu mərhələdə əsas ssenaridə SOCAR-ın işçilərinin təhlükəsizliyinə, daxili əməliyyatlara, ixracata, istehsal aktivlərinə və ya likvidliyinə birbaşa ziyan dəyəcəyini gözləmirik, çünki bunu proqnozlaşdırmaq çətindir. Hazırda SOCAR-ın daxili əməliyyatları, ixracatı və kapital xərcləri fasiləsiz davam edir və əlavə təhlükəsizlik xərcləri hökumətin üzərinə düşür", - deyə "SP" bildirir.

Agentliyə görə, SOCAR rəhbərliyi Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ilin noyabr ayında planlaşdırılmış istismar tarixlərində hər hansı dəyişiklik gözləmir. Eyni zamanda, şirkət yerli və beynəlxalq banklardan cəlb edilən borcların maliyyələşdirilməsini davam etdirir və nağd pulu yerli banklarda saxlayır: "Lakin münaqişənin davam etdiyi halda, şirkətin aktivlərinin zərər görməsini, zəif yerli tələbatı və borcların ödənilməsində gecikmələri istisna etmirik. Hazırda yerli bank sisteminin nisbətən zəif keyfiyyətini nəzərə alaraq, SOCAR-ın nağd pul vəsaitlərinin 25% azalmasını gözləyirik. Bu səbəbdən SOCAR-ın avtonom kredit profilini "b-" səviyyəsinə endirdik".

Mənfi ssenariyə görə, şirkətin kredit reytinqinin Azərbaycanın kredit reytinqinə bağlı olması səbəbindən dövlətin maliyyə dəstəyinin azalması halında yaranacaq problemləri nəzərə alaraq, SOCAR-ın reytinqi endirilə bilər. Bundan əlavə, reytinqin azalması yerli maliyyə sisteminin zəifləyəcəyi və bunun nəticəsi kimi, SOCAR-ın nağd pul ehtiyatlarının böyük hissəsinin əlçatmaz olduğu təqdirdə baş verə bilər.

  • Əvvəlki

    Kanada Bankı: Peyvənd tapılana kimi dəstək olacağıq

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0