"Zeta" qasırğasından sonra ABŞ-da neftin qiyməti qalxmağa başlayıb.
"Kommersant.az" xəbər verir ki, "Brent" markalı neftə dair yanvar müqavilələri 0,13% bahalaşaraq 39,17 ABŞ dolları, WTI markalı neftə dair dekabr müqavilələri isə 0,29 faiz bahalaşaraq 37,5 ABŞ dollarından satılıb.
Qeyd edək ki, bir müddət əvvəl Meksika körfəzində tüğyan edən "Zeta" qasırğasından sonra neftin qiymətlərində düşüş olacağı proqnozlaşdırılmışdı.