"Kommersant.az" xəbər verir ki, İspaniyada istehlak qiymətləri indeksi sentyabrda illik müqayisədə 0.9% azalıb. Bu haqda məlumatı İspaniya höküməti paylaşıb.
Maliyyə bazarlarında isə deflyasiyanın 0.4%-dən yalnız 0.6%-ə yüksələcəyi proqnozlaşdırılırdı.
Qeyd etmək lazımdır ki, İspaniyada deflyasiyanın artması, iqtisadi aktivliyin azalmasına işarədir və Avrozona üzrə inflyasiya proqnozlarına da mənfi təsir edir. Göstəricinin proqnozlaşdırılandan pis dərc edilməsi isə deflyasiyanın daha da arta biləcəyinə işarədir. (investaz.az)