Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) iyunun 21-23-də Vyanada (Avstriya) keçiriləcək “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında dünya bazarında neftin qiymətinin sabitləşməsi ilə bağlı əldə olunmuş nəticələr müzakirə ediləcək.
"Kommersant" xəbər verir ki, bu açıqlama ilə energetika naziri Pərviz Şahbazov çıxış edib.
"Tədbirdə mövcud vəziyyətin idarə edilməsi ilə bağlı addımlar atılacaq", - o qeyd edib.
Nazir neft hasilatının həcminin daha da azaldılması imkanları barədə də danışıb: "Dünyada neft ehtiyatlarının həcmi azalmaqdadır. Əvvəlki dövrlə müqayisədə vəziyyət dəyişib və ehtiyatlarda kəskin azalma olub. Bunu nəzərə almalıyıq və elə etməliyik ki, neft bazarında böhran yaranmasın. Bu baxımdan hasilatın həcminin azaldılması rejiminin yumşaldılması ilə bağlı məsləhətləşmələr olacaq".
Xatırladaq ki, P.Şahbazov Vyanadakı seminarda OPEC-in baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iştirak edəcək. Onun "Dünya iqtisadiyyatı üçün neftin gələcəyi" adlı 5-ci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa, nazirin OPEC-ə üzv və üzv olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.
P.Şahbazov OPEC-in Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.