Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.
"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub. Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlar ciddi ziyan dəyib.