USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Koronavirusa yoluxanların sayı daha da artacaq" - TƏBİB rəsmisi

02.11.2020 İqtisadiyyat
0 0
"İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi, "artıq COVID bitdi" düşüncəsində olması koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: "Əsgərlərlə görüşlərin olması onları risk faktoruna uğradır. Əks-hücum hərəkətində olan bir dövlətik, bunu düşünərək əsgərlərlə görüşləri məhdudlaşdırmaq və görüşlər olduğu təqdirdə qaydalara mütləq əməl etmək lazımdır".

N.Əliyev qeyd edib ki, payız-qış fəslində kəskin respirator və bakterial virus infeksiyaları artır: "İndiki nəticələr də onu deyir. Qış aylarında isə digər bakterial infeksiyaların işə qarışması və pik həddə çatması ilə immun sistemimizin zəifləməsi və yoluxma hallarının artması gözlənilir".

Həkimin sözlərinə görə, virusa yoluxmamaq üçün immun sistemini qaldıracaq dərman preparatları yoxdur. O bildirib ki, immun sistemimizi düzgün qidalanma (mövsümi, vitaminli qidalardan istifadə), yuxu və maye balansına əməl etməklə yüksək tutmaq olar.

"Hazırda virusa yoluxanlar arasında 35 yaşdan başlayaraq 60 yaşa qədər şəxslər çoxdur. Ortalama isə yoluxma 40-50 yaş arasındadır",-deyə N.Əliyev əlavə edib.APA