ABŞ-ın gündəlik neft hasilatı oktyabrın 30-da bitən həftə ərzində 0,6 mln. barel azalaraq orta hesabla 10,5 mln. barel təşkil edib.
"Kommersant.az"ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, son dörd həftə ərzində ABŞ-da gündəlik neft hasilatı da orta hesabla 10,5 mln. barel səviyyəsində olub.