“AzerTelecom” Bakı və regionlarda infrastrukturunu genişləndirir
Şirkətdən verilən məlumata görə, bu istiqamətdə şəbəkə yenilənməsi, infrastruktunun dayanıqlılığının daha da artırılması üçün müvafiq işlər həyata keçirilir.
Görülən tədbirlərin məqsədi müasir DWDM texnologiyasına əsaslanan şəbəkənin dayanıqlılığının və ötürmə həcminin daha da artırılması, internet servis provayderlərinə və korporativ müştərilərə təqdim olunan çeşidli telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi və eləcə də dünya informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni yanaşmaların ölkəmizdə tətbiqidir. Bu məqsədlə "AzerTelecom" artıq ölkə üzrə müxtəlif regionlarda texniki istiqamətli layihələr həyata keçirir ki, bu layihələrin icrası nəticəsində də şirkətin malik olduğu infrastruktur daha da möhkəmləndirilir, xidmət səviyyəsi isə artmaqdadır.
Qeyd edək ki, şirkət tərəfindən həyata keçirilən tədbirlər korporativ müştərilərin təqdim olunan müasir telekom xidmətləri ilə etibarlı şəkildə təmininə şərait yaradır. "AzerTelecom" MMC-nin fiber-optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. Şirkətin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir.
"AzerTelecom" MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. "AzerTelecom" şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Trend