USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Keçən il Azərbaycanda təbii qaz istehlakı 10,6 milyard kubmetr olub

20.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda təbii qaz istehlaklı ötən il 10,6 milyard kubmetr təşkil edib.

"Kommersant" xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, hesabat ilində Azərbaycanın qaz istehsalı isə 17,7 milyard kubmetr olub. Azərbaycanın 1,3 trilyon kubmetr və ya 46,6 trilyon kubfut təsdiqlənmiş təbii qaz ehtiyatları var.

Xəzəryanı ölkələrdən Rusiyanın qaz istehlakı keçən il 424,8 milyard kubmetr, İranın 214,4 milyard kubmetr, Türkmənistanın 28,4 milyard kubmetr, Qazaxıstanın isə 16,3 milyard kubmetr təşkil edib.

İllik qaz istehlakına görə dünyada ilk sırada 739,5 milyard kubmetrlə ABŞ, ikinci yerdə Rusiya, üçüncü sırada isə 240,4 milyard kubmetrlə Çin qərarlaşıb. Hesabata görə, dünyada təbii qaz istehlakı ən az ölkə 0,6 milyard kubmetrlə Ekvadordur.

Keçən il qlobal qaz istehlakı 3 trilyon 670,4 milyard kubmetr olub. Bu həcmin 1 trilyon 677,6 milyard kubmetri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə, 1 trilyon 992,8 milyard kubmetri qeyri-OECD ölkələrində, 466,8 milyard kubmetri isə Avropa İttifaqına üzv dövlətlərdə istehlak edilib.

  • Əvvəlki

    Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə missiyası Hesablama Palatasında olub

Digər xəbərlər