USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

20.06.2018 İqtisadiyyat
0 0
İyunun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "Kommersant"a bildiriblər ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 431 368 200 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil edib.

Notlar iyulun 18-də ödəniləcək.