USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın boru kəmərləri ilə təbii qaz ticarəti 8,9 milyard kubmetr olub

20.06.2018 İqtisadiyyat
0 0
Keçən il Azərbaycanın boru kəmərləri ilə təbii qaz ticarəti 8,9 milyard kubmetr təşkil edib.

"Kommersant" xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, bu həcmin 6,3 milyard kubmetri Türkiyəyə, 2,1 milyard kubmetri Avropanın qalan hissəsinə, təxminən 0,6 milyard kubmetri isə Orta Şərqə göndərilib.

Boru kəmərləri ilə illik qaz ticarətinə görə dünyada ilk sırada 215,4 milyard kubmetrlə Rusiya, ikinci yerdə 109,4 milyard kubmetr ilə Norveç, üçüncü sırada isə 80,7 milyard kubmetrlə Kanada qərarlaşıb. Hesabata görə, boru kəmərləri ilə qaz ixracı ən az olan ölkə 4,4 milyard kubmetrlə Liviyadır.

Keçən il boru kəməri ilə qlobal qaz ticarəti 740,7 milyard kubmetr olub.