USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda seminarı başlayıb

20.06.2018 İqtisadiyyat
0 0
İyunun 20-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarı keçirilir.

"Kommersant "AZƏRTAC-a istinadla xəbər verir ki, Eithne Treanor və John Defteriosun moderatorluğu ilə keçirilən seminarın açılışında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo çıxış edib.

Seminarda Avstriyanın inteqrasiya və xarici işlər naziri xanım Karin Kneissl və Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazroueinin məruzələri dinlənilib.

İkigünlük seminar işini müxtəlif sessiyalarla davam etdirib.

İyunun 21-də Azərbaycanın energetika naziri Pərviz Şahbazovun seminarın “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Nazirin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır. P.Şahbazov OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.