USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib

20.06.2018 İqtisadiyyat
0 0
Qazaxıstan Respublikasının paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, iclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə əsasən, əvvəl Şuranın katibi MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 66-cı iclasında qəbul olunmuş qərarların yerinə yetirilmə vəziyyəti və Şura ekspertlərinin işinin yekunları haqqında iştirakçılara ətraflı məlumat verib və bu barədə müvafiq qərar qəbul edilib.

İclas zamanı Azərbaycan tərəfi 1999-cu il 4 iyun tarixli “Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin ərazilərindən tranzit keçidi qaydaları haqqında Saziş”ə və 1999-cu il 8 oktyabr tarixli “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçı dövlətləri arasında keçirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydaları barədə Saziş”ə düzəlişlər edilməsilə bağlı qərarları imzalayıb.

Tədbirdə “Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş” layihəsinə dair qərarı isə Azərbaycan tərəfi xüsusi qeyd-şərtlə imzalayıb.

Eyni zamanda, iclas zamanı gömrük məsələləri üzrə qüvvədə olan ikitərəfli beynəlxalq müqavilələr barədə məlumat mübadiləsi və rüsumsuz ticarət mağazalarının fəaliyyət göstərməsi ilə bağlı təcrübə mübadiləsinə dair məsələlər müzakirə olunub, “Avtomobil-buraxılış məntəqələrində yerləşən sərhəd-gömrük postları üçün minimal tələblərə dair Əsasnamə” təsdiq edilərək müvafiq qərarlar qəbul edilib.

İclasda 2014-2017-ci illərdə Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının fəaliyyətinə dair Katibliyin məlumatı dinlənilib, Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturasının növbəti redaksiyalarının hazırlanması məsələsinə baxılıb və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclasının 2018-ci ilin ikinci yarısında Tacikistan Respublikasında keçirilməsinə dair qərar qəbul edilib.

Bununla yanaşı, iclasın keçirildiyi dövrdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev Qazaxıstan, Belarus və Tacikistan gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gömrük işi sahəsində qarşıda duran məsələlər müzakirə edilib.

  • Əvvəlki

    Vyanada OPEC-in “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda seminarı başlayıb

Digər xəbərlər