USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Turizmlə bağlı YENİ TƏKLİF: Turistlər yemək hazırlanma prosesində iştirak etsinlər

20.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda mətbəx turizm növünün yeni formada inkişaf etdirilməsi təklif edilir.

"Kommersant"ın xəbərinə görə, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, Azərbaycanda mətbəx turizmi inkişaf etsə də, onu turistlərin maraq dairəsinə uyğun formada daha da genişləndirmək olar.

M.Ağakərimov təklif edir ki, turizm şirkətləri bununla bağlı xüsusi proqramlar hazırlamalıdırlar. Bu proqramlardan biri turistlərin restoranlarda özü üçün yemək hazırlanma prosesində iştirak etməkdir:

"Ölkəmizə gələn turist sanitar-gigiyenik qaydalara əməl etməklə ya özünün resepti, ya da aşpazın köməyi ilə müxtəlif yeməklər hazırlaya bilər. Belə proqram turistlərin çoxunun xoşuna gələcək və ölkəmizə daha çox turistin gəlməsinə kömək edəcək".