USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşğaldan azad edilən rayonların komendantları kimlərdir?

13.11.2020 İqtisadiyyat
0 0
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

"Kommersant.az" Report-a istinadən müvəqqəti komendantların siyahısını təqdim edir:

Xocavənd rayonu – polis rəisi Xəyyam Mirhüseynov

Füzuli rayonu – polis rəisi Xaqani Məmmədov

Cəbrayıl rayonu – polis rəisi Toğrul Mahmudov

Zəngilan rayonu - polis rəisi Bəkir Cabbarov

Qubadlı rayonu – polis rəisi Bəhruz Cabbarov

Şuşa rayonu - polis rəisi İlqar Rüstəmli

Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı"na uyğun olaraq polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

  • Əvvəlki

    Əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıldı

Digər xəbərlər