Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.
Bu barədə o, feysbuk səhifəsində bildirib.
"Dostlar, bütün ehtiyata və təhlükəsizlik qaydalarına riayət olunmasına baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Mən distant işləyəcəyəm, gündəlik brifinqləri buradan keçirəcəyəm", - deyə Stepanov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxması barədə xəbər verilmişdi.