"Bloomberg"in yaydığı xəbərə görə, Çin 14 Asiya ölkəsi ilə dünyanın ən böyük azad ticarət müqaviləsini imzalayacaq.
Mənbə qeyd edir ki, sənəd 12-15 noyabr tarixlərində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində imzalanacaq. Sazişdə Yaponiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələr iştirak edəcək. Müqavilədə iştirak edən ölkələrin ümumi əhalisi 2,2 milyard nəfərdir. İqtisadi müqavilə ticarət rüsumlarının azaldılmasını, habelə malların mənşə ölkəsini təyin etmək üçün vahid qaydalardan istifadə edərək tədarük zəncirlərini gücləndirməyi və elektron ticarət üçün yeni qaydaları sistemləşdirməyi hədəfləyir.