USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəkər idxalında 50 milyon dollarlıq azalma olub

21.06.2018 İqtisadiyyat
0 0
Azərbaycana yeyinti məhsullarının idxalı artmaqda davam edir.

"Kommersant" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində 549 milyon 504 min dollarlıq yeyinti məhsulları idxal edilib. Ötən ilin ilk 5 ayında 526 milyon 529 min dollarlıq yeyinti məhsulları idxal edilmişdi.

Müqayisə olunan dövrdə, ət idxalının dəyəri 29 milyon 446 min dollardan 27 milyon 54 min dollara, süd idxalı 4 milyon 864 min dollardan 4 milyon 435 min dollara, şəkər idxalı 59 milyon 849 min dollardan 9 milyon 851 min dollara düşmüş, kərə yağı idxalı 25 milyon 88 min dollardan 36 milyon 336 min dollara, meyvə-tərəvəz idxalı 69 milyon 335 min dollardan 76 milyon 476 min dollara, çay idxalı 17 milyon 700 min dollardan 19 milyon 259 min dollara, buğda idxalı 64 milyon 293 min dollardan 84 milyon 122 min dollara, bitki və heyvan mənşəli piylər və yağların idxalı 47 milyon 594 min dollardan 65 milyon 676 min dollara qalxıb.

Ötən 5 ayda şəkər idxalının statistik dəyəri 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə təxminən 50 milyon dollar azalıb. Miqdar ifadəsində şəkər idxalı isə 125 078 tondan 21 800 tona düşüb.

Dünya bazarlarında kərə yağı bahalaşdığından Azərbaycana idxal dəyəri artıb. Miqdar ifadəsində kərə yağı idxalı 6 290 tondan 6 147 tona düşüb. Dəyəri isə 25 milyon 88 min dollarda 36 milyon 336 min dollara qalxıb.