USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ OPEC-ə cinayət işi açıb, təzminat tələb edə bilər

21.06.2018 İqtisadiyyat
0 0
Trump və ABŞ Konqresi, OPEC-ə təzyiqi artırır

İlk dəfə 2000-ci ildə ortaya çıxan və bu günə qədər 16 dəfə ABŞ Konqresinə təqdim olunan "Neft Hasil Edən və İxrac Edən Kartellərə Xeyir (NOPEC)" adlı qanun layihəsi, ötən həftə ABŞ Nümayəndələr Məclisinin Qanunvericilik Komitəsindən Nümayəndələr Palatasının Ümumi Şöbəsinə göndərilib.

"Kommersant" xəbər verir ki, daha əvvəl Konqresdə təsdiqlənən, ancaq 2007-də dövrün ABŞ Prezidenti Corc Buş və 2012-ci ildə Prezident Barak Obama tərəfindən qarşı çıxılan, hətta veto edilməklə təhdid edilən layihəsinin bu dəfə Konqresdən keçməsi halında Prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minəcəyinə qəti gözlə baxılır. Tramp və Neft ixrac Edən Ölkələr Təşkilatı (OPEC) arasında ziddiyyət mövcuddur.

NOPEC-in qüvvəyə minməsi halında ABŞ hökumətinin, "xam neft qiymətlərini və qlobal neft bazarını manipulyasiya etmək, Amerika neft sənayesini və iqtisadiyyatını milyardlarla dollar zərərə salmaq" əsasları ilə OPEC-ə qarşı cinayət işi açmaq hüququ olacaq. Həmçinin ABŞ-ın karteldən milyardlarla dollar təzminat istəyə biləcəyi bildirilir.

ABŞ-da iddia edirlər ki, 2014-cü ilin Noyabr ayında Vyanada keçirilən OPEC-in növbəti toplantısında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi kartel xam neft istehsalı miqdarını azaltmamaq barədə qərar verib, bu sayədə OPEC-in qlobal neft bazarını təklif artıqlığı ilə "boğub", neft qiymətlərini məqsədli şəkildə aşağı salıb və yüksək xərcli ABŞ-ın şist nefti istehsalçılarını bazardan çıxarıb.

  • Əvvəlki

    "Bakı Sığorta"nın idarə heyətinə sədr təyin edilib

Digər xəbərlər