USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nəyə görə sahibkarlar işçilərin sayını gizlədirlər?”

21.06.2018 İqtisadiyyat
0 0
Bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır:

"Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar işçilərin sayını gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən, 3 faiz isə işçi ödəyir".

O bildirib ki, işəgötürənin yükünü azaltmaq lazımdır:

"Biz burada bir balanslaşdırma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin, əks tədqirdə, sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək".