USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fermer sığorta haqqının bir hissəsini ödəyəcək. Qalan hissəsini..."

21.06.2018 İqtisadiyyat
0 0
"Hazırda Azərbaycanda tətbiq edilən kənd təsərrüfatı sığortası modeli çevik deyil".

Bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi Firdovsi Ağakişiyev deyib.

"Ölkədə aqrar sahədə risklər katastrofikdir, ekspert qıtlığı olduğundan onlar düngüz qiymətləndirilmir, üstəlik təkrarsığorta imkanları çox məhduddur", - deyə o, qeyd edib.

Palata rəsmisinin sözlərinə görə, Azərbaycanda aqraq sığortanın stimullaşdırmaq üçün hər il dövlət büdcəsindən 1 mln. manat ayrılsa da, ondan demək olar ki, istifadə edilmir: "Yalnız 2015-ci ildə bu vəsaitin bir hissəsi xərclənib".

F.Ağakişiyev Azərbaycanda tətbiqi planlaşdırılan yeni aqrar sığorta modelinin üstünlüklərini də açıqlayıb: "İndiki sığorta modelində ayrı-ayrı sığorta şirkətləri ayrı-ayrı riskləri üzərlərinə götürürlər. Burda vahid daxıl (fond) yoxdur. Yeni modeldə isə həmin daxıl olacaq və bütün riskləri üzərinə götürəcək. Bu isə təkrarsığorta imkanları yaradacaq. Təkrarsığorta şirkətləri vahid daxılı sığortalamaqda maraqlı olacaqlar. Halbuki, onlar ayrı-ayrı sığorta şirkətlərinin üzərlərinə götürdüyü riskləri sığortalamaq istəmirlər. Mexanizm heç də mürəkkəb deyil, əksinə çox sadədir".

Onun sözlərinə görə, yeni kənd təsərrüfatı sığortası modeli sığorta şirkətlərinin fermerlərlə vahid fond arasında agent (vasitəçi) funksiyası yerinə yetirərək komisyon haqqı almasını nəzərdə tutur: "Sığortaçı fondun adından müqavilə imzalayır və buna görə haqq alır. Fermer sığorta haqqının bir hissəsini ödəyəcək. Qalan hissəsini dövlət subsidiya formasında ayıracaq və fonda ödəyəcək. Yəni, sığorta haqqının fermerin üzərinə və dövlətin üzərinə düşən hissəsi olur və hər ikisi fonda ödənilir. Sığorta hadisəsi olduğu təqdirdə sığorta şirkətinə məlumat verilir, şirkət isə fonda məlumat verir. Hadisə üzrə müstəqil ekspert təyin olunur və o, zərərin məbləğini fonda bildirir. Fond ödənişi birbaşa fermerin bank hesabına köçürür".

Report