Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
"Kommersant.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda məlumat verilir
Məlumata görə,hesabat dövründə Azərbaycandan Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.