USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Minskdə rəqəmli bazarların uyğunlaşdırılmasına dair iclasda təmsil olunub

21.06.2018 İqtisadiyyat
0 0
Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Bu barədə "Kommersant"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Belarusun rabitə və informasiya naziri Sergey Popkov plenar iclasda qaldırılan məsələlərin yüksək səviyyədə müzakirə olunmasının Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini söyləyib.

İclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han, rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriel və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq sahə üzrə nazir və nazir müavinləri iştirak ediblər.

  • Əvvəlki

    OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində Azərbaycanın siyasəti alqışlanır

Digər xəbərlər