USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC 2021-ci il üçün qlobal neft tələbi proqnozunu aşağı salıb

15.12.2020 İqtisadiyyat
0 0
OPEC 2020-ci il üçün dünya neft tələbi ilə bağlı proqnozunu bir qədər yaxşılaşdırıb,Təşkilatın dekabr hesabatına görə tələbin gündə 9,77 milyon barel azalacağını və 2021-ci il üçün proqnozun gündəlik 0,3 milyon barel ilə pisləşdiyini, indi yalnız gündə 5,9 milyon barel artacağını proqnozlaşdırılır.

"Kommersant.az" xəbər verir ki, hesabatda həmçinin"Qlobal neft tələbinin 2020-ci ildə gündəlik 9,77 milyon barel azalması gözlənilir ki, bu da keçən ayın təxminindən bir qədər azdır" deyilir.

Noyabr ayında OPEC bu il tələbin gündə 9.8 milyon barel azalacağını gözləyirdi. Beləliklə, 2020-ci ildə mövcud neftə olan tələbatın gündə 89,99 milyon barel olduğu təxmin edilir.