USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu AÇIQLAYIB

15.12.2020 İqtisadiyyat
0 0
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

"Kommersant.az" xəbər verir ki, OPEC-in aylıq hesabatında məlumat verilib.

Bildirilir ki, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq.

OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində qalacaq.