USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Amazon”un startapı pilotsuz elektromobilini təqdim edib

15.12.2020 İqtisadiyyat
0 0
“Amazon” şirkətinə məxsus ”Zoox” startapı ilk özünü idarə edən elektrik avtomobilini təqdim edib.

Avtomobil 16 saatadək şarj olmadan hərəkət edə bilir. Avtomobildə sürücü kabinəsi yoxdur və maksimal sürəti 120 km/saata çatır. Elektromobil dörd sərnişin daşıya bilər.

Avtomobil damına quraşdırılmış kameralar, radarlar, lidarlar və xüsusi lazer sensorları vasitəsilə istiqamətləndirilir.

Avtomobilin taksi qismində istifadə ediləcəyi gözlənilir. Onların ilk dəfə Las Veqas və San-Fransiskoda istismara veriləcəyi gözlənilir. Xidmətdən istifadə etmək üçün xüsusi tətbiq yükləmək lazım olacaq. Gələcəkdə bu xidmətin dünyanın digər ölkələrində də istifadəyə veriləcəyi gözlənilir.