USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu kəndləri də Azərbaycana verdilər…” - Hadrut rayonunun erməni icma rəhbəri

15.12.2020 İqtisadiyyat
0 0
Özünü Hadrut rayonunun İn Taxer icmasının rəhbəri adlandıran Eduard Ayvazyan yaşadıqları kəndlərin Azərbaycanın idarəçiliyinə verildiyini bildirib.

Sfera.az erməni mətbuatına istinadla xəbər verir ki, Ayvazyan Rusiya sülhməramlılarının artıq geri çəkildiyini və kəndə Azərbaycan hərbçilərinin nəzarət etdiyini təsdiqləyərək bunları deyib:

"Kənddə Rusiya sülhməramlıları vardı, azərbaycanlılar onlara yaxınlaşaraq bu kəndin də onlara məxsus olduğunu söylədilər. Sülhməramlılar kəndi tərk etdi. Düşmən sülhməramlılarla sənədlərlə danışdı. İn Taxer kəndi Hadrut rayonununun ərazisindədir, o da satıldı. İndi Rusiya sülhməramlıları Stepanakertə (Xankəndi nəzərdə tutulur – red) gedirlər "

O, bildirib ki, Xtsaberd və İn Taxer kəndlərinin sakinləri təxliyə edilib.

"Bu kəndləri də satqınlıqla Azərbaycana verirdilərsə, bizə də deyərdilər. 37 gün ərzində kəndlilər, könüllülər və hərbçilər mövqelərindənçəkilmədi. İnsanları vaxtında xəbərdar etsəydilər, yır-yığış edib gedərdilər , daha quru canlarını götürüb Ermənistana qaçmazdılar. Bu hökumətə etimad göstərməyə dəyməz ",- deyə icma başçısı bəyan edib.

"Münaqişə başlayanda türklər (azərbaycanlılar –red) bu ərazilərə ala bilmirdi, bəs indi nə oldu" – deyə, sual edən Eduard Ayvazyan hiddətini belə ifadə edib:

"Baş verənlərə hələ ki, nə Artsax, nə də Ermənistan hakimiyyətindən heç bir reaksiya gəlməyib. Son günlərsə Azərbaycan bir neçə kəndi zəbt edərək on ermənini əsir götürməyi bacarıb. Rəsmi qurumlar isə ağzına su alıb, oturub".

  • Əvvəlki

    Avtobuslar saat neçəyə qədər işləyəcək? - BNA-dan açıqlama

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0