USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün neft üçün kritik iclas baş tutacaq

22.06.2018 İqtisadiyyat
0 0
OPEC+ nazirlər səviyyəsindəki Monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcmini gündəlik 1 milyon barel artırılmasını nəzərdən keçirməyi tövsiyə edib.

Bununla belə, tövsiyədə bəzi ölkələr üçün "xüsusi yanaşma "nəzərdə tutulub. Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir həmçinin qeyd edib ki, həmin təklif iyunun 22-də keçiriləcək OPEC sammiti və OPEC+ nazirlər səviyyəsində baş tutacaq ümumi görüşdə nəzərdən keçiriləcək.

Qeyd edək ki, İran,İraq və Venesuella hasilatın artırılmasına qarşı çıxırlar. Səudiyyə Ərəbistanı və Rusiya isə hesab edir ki, gələcəkdə bazarda neft kəsirinin yaranmaması, bu sahədə böhranın olmaması üçün hasilat artırılmalıdır. Neftə təlabatın artacağı və bir sıra ölkələrdə hasilatın azalacağı gözlənilir. OPEC və müttəfiqlərinin hasilatlarını gündəlik 1,2 milyon barel azaltdıqları şəraitdə, neftə təlabatın artması və bir sıra ölkələrdə hasilatın aşağı düşməsi qiymətlərin kəskin qalxmasına səbəb ola bilər. Bu həm neft istehsal edən, həm də neft alan ölkələr üçün arzuolunan deyil.