USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST: “Koronavirusa yoluxmada son həftə rekord say qeydə alındı”

16.12.2020 İqtisadiyyat
0 0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir həftə ərzində rekord sayda koronavirus hadisəsi qeydə alındığını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, son bir həftədə dünyada 4.3 milyondan çox hadisə aşkar edilib.

Təşkilatın məlumatına görə, 7-13 dekabr tarixlərində 4.329.927 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib, bu müddət ərzində 75.038 xəstə ölüb.

ÜST yoluxmuşların əsas hissəsinin Amerika və Avropada cəmləşdiyini və bu yeni yoluxmaların 85%-ini, eləcə də yeni ölümlərin 86%-ni təşkil etdiyini vurğulayıb.

Amerikada yoluxmanın artımı davam edir, Avropada vəziyyət sabitləşir.

Con Hopkins Universitetinin verdiyi məlumata görə, pandemiyanın başlanğıcından bəri dünyada 73,2 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox ölən var, təxminən 41,4 milyon xəstə isə sağalııb.

  • Əvvəlki

    Avropa Mərkəzi Bankı müəyyən məhdudiyyətlərlə dividend qadağasını ləğv edir

Digər xəbərlər