Rus qadınlardan "fast food" nəhənginin reklamına böyük reaksiya

"Burger King Rusya", ötən günlərdə yayımlanmağa başlanan reklam kampaniyasından sonrası üzr istəmək məcburiyyətində qalıb. Məşhur "fast food" şəbəkəsi, Dünya Çempionatında forma geyən bir futbolçudan hamilə qalması vəziyyətində həmin Rus qadınlarına ömürlük "Whopper" vəd etməklə kifayətlənməmiş, 47 min dollar qazanmaq imkanı da təqdim etmişdi.
"Kommersant" xəbər verir ki, Çərşənbə günü Rusiyanın populyar sosial media platforması olan VK-da paylaşılan reklam, ictimaiyyətin böyük reaksiyasından sonra silinib.
"Burger King Rusiya", Rusiyanın Facebook-u kimi tanınan VK platformasında kampaniyanın alçaldıcı olduğunu qəbul edərək üzr istəyib və reklamı silib.
"Burger King"in Baş ofisindən ABŞ mediasına verilən açıqlamada "Rusiyadakı tərəfdaşımızın onlayn olaraq apardığı və alçaldıcı olan kampaniyasına görə üzr istəyirik",- deyilib.
Rusiyanın xəbər agentliyi "Interfax"a görə, "Burger King"in Rusiya distribyutoru olan "Burger Rus LLC" şirkəti VK platforması xaricində hər hansı bir mətbuat açıqlaması etməyib.
Digər xəbərlər

Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib

Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
