USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yunanıstanın borcları azaldıldı - RƏSMİ AÇIQLAMA

22.06.2018 İqtisadiyyat
0 0
Yunanıstan 8 ildir davam edən “xilasetmə tədbirləri”nin ardından borclarının azaldılması ilə bağlı güzəşt əldə edib

"Kommersant" xəbər verir ki, Avro qrupunun rəhbəri Mario Centeno avro pul vahidindən istifadə edən Avropa Birliyi üzvü 19 ölkənin maliyyə nazirlərinin Lüksemburqda baş tutan "Avro Qrupu" iclasının sonunda mətbuata açıqlama verib.

Qrupun rəhbəri Centeno Yunanıstanın özünü xilasetmə tədbirlərinin təqdirəlayiq olduğunu bildirərək qeyd edib ki, 8 ilin sonunda Yunanıstanın öz ayaqları üstündə dura biləcək gücü toplayacağına inam var. O, Yunanıstanın qarşıya qoyulmuş əsas 88 tələbi yerinə yetirdiyi üçün artıq "xilasetmə tədbirləri"nə son verə biləcəklərini bildirib və bundan sonra Yunanıstan üçün xüsusi "xilasetmə tədbirləri"nin tətbiqinə ehtiyac olamdığını vurğulayıb.

Yunanıstanın etimad qazana bildiyini deyən Centeno bildirib ki, "Yunanıstanın borclarının davamlılığını təmin etmək üçün borcların yüngülləşdirilməsi üçün bəzi qərarlar da qəbul etdik. Bu qərarla Avropa Maliyyə Sabitlik Fondunun kreditlərində 10 illik bir müddətdə Yunanıstana kreditlərin ödənilməsində və amortizasiyalarda vaxt qazandıracaq. Baxmayaraq ki, Yunanıstana verilən vaxt avqust ayının 20-də bitəcək biz ona yeni proqram işləmək və iqtisadiyyatını gücləndirmək üçün 15 milyard avro dəyərində yeni kredit verəcəyik".

Qeyd edək ki, Yunanıstanın 315 milyard avroluq dövlət borcunun ödənilməsi üçün "xilasetmə tədbirləri" adı altında proqram işlənmişdi. 2010-cu ildən qalan borca görə həm daxili, həm də xarici siyasətdə böyük problemlər yaşayan Yunanıstan demək olar ki, çətinliklərini müəyyən qədər geridə qoya bilib.