USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gizli fəaliyyət göstərən çayxana cərimələndi

12.01.2021 İqtisadiyyat
0 0
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi - Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.